Şrift:
Çində ildə 10 milyon nəfər yoxsulluq səviyyəsindən çıxıb
25.02.2021 [10:33] - Xəbərlər, İqtisadiyyat
Çində 2012-ci ildən bəri hər il orta hesabla 10 milyon nəfər yoxsulluq həddindən çıxıb.

Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin fevralın 25-də Pekində ölkədə yoxsulluğun azaldılmasına dair konfransda deyib. O, Çində 1979-cu ildə açıq iqtisadiyyat siyasətinin başladığı vaxtdan bəri isə ümumilikdə 770 milyon kəndlinin yoxsulluq səviyyəsindən çıxdığını bildirib.

Ölkəsinin kəskin yoxsulluğun aradan qaldırılmasına nail olduğunu bildirən Si Cinpin əlavə edib ki, yoxsulluğun azaldılması prosesi uzun bir yoldur və buna yalnız qətiyyət sayəsində nail olmaq mümkündür.

Çin lideri bildirib ki, ötən 8 ildə 832 qəza və 128 min kənd yoxsulluq səviyyəsindən çıxıb.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed