Şrift:
Mollalar martın 1-də Qum şəhərində “Beynəlxalq Qarabağ konfransı” keçirəcəklər
25.02.2021 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbərə görə, tədbirdə İranın lideri Seyid Əli Xaməneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq.


İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda Xamneinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər, o cümlədən onun “Azərbaycan torpaqları xilas edilməli”, “Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, “İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, “Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi fikirləri ətrafında çıxışlar olacağı gözlənilir.

Qeyd edək ki, Qarabağın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əməliyyatlar zamanı rəsmi İranın ədalətsiz mövqeyi, Ermənistana yanacaq və hərbi texnikanın göndərilməsinə yardım etməsi Arazın hər iki tayında ciddi narazılıqlara, Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdur.


Etirazların genişlənməsindən sonra Xamneinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindəki nümayəndələri Qarabağla bağlı bəyanat verməyə məcbur oldular.


Etiraz aksiyalarında iştirak edən yüzlərlə güneyli İran təhlükəsizlik və polis qüvvələri tərəfindən saxlanıldı, döyüldü və qondarma ittihamlarla həbs olundu. Onlardan bir sırası girov qarşılığında azadlığa buraxılsada, İran məhkəmələri onlarla etirazçı barəsində neçə illik həbs cəzaları çıxarıb.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed