Şrift:
Güney Azərbaycanın Məlikan şəhərində Urmu Gölü ilə bağlı yazılı parça asılıb
27.11.2012 [09:30] - Güney Azərbaycan xəbərləri
Urmu Gölünün qurudulması məsələsi güney azərbaycanlıların gündəmindən düşmür.

Dəfələrlə kütləvi etirazlara çıxıb və bunun nəticəsində təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalan soydaşlarımız bütün mümkün vasitələrlə Urmu gölünü nicat verməyə çalışırlar.

Məlumata görə, Məlikan şəhərində Urmu Gölü mövzusunda parçalar yazılıb və bu parçalar şəhərin bir neçə yerində divar və körpülərdən asılıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərində, Milli Hərəkat fəlları tərəfindən dəfələrlə oxşar tədbirlər həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed