Şrift:
İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır
25.02.2021 [23:59] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirib ki, Azərbaycanın vasitəçilərdən son 30 ildə xeyir görmədiyi, öz işlərimizi özümüzün həll etməyimizdən daha çox fayda götürdüyümüz artıq sübuta yetib: "Xüsusilə son 44 günlük müharibədə bu, tam sübuta yetirildi.İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır

30 ilə yaxın idi Minsk qrupu bizə vasitəçilik edirdi və heç bir müsbət effekti yox idi. Azərbaycan özü məsələni həll elədi. İkincisi, Azərbaycanda siyasi palitrada münasibətlərin tənzimlənməsi bizim öz daxili işimizdir. Azərbaycan bir ailədir, İstanbulun əhalisinin yarısı qədər əhalisi olan ailə. Burada siyasi, ictimai məsələlərdə, münasibətlərdə hansısa xarici qüvvələrin vasitəçilik eləməyinə heç bir ehtiyac yoxdur. Üstəlik də hakimiyyətlə siyasi partiyalar arasında müzakirələrdə elə məsələlər ola bilər ki, onlar dövlət sirri xarakteri daşıyar, elə məsələlər olar sırf hakimiyyətlə siyasi partiyanın, müxalifətin arasında bilinməli olan məsələ olar. Ona görə də xarici vasitəçinin təşkilatçılığı ilə baş tutan görüşlərin bu baxımdan da zərəri var».

Bilman İSAQ/gunaz.az
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed