26.02.2021 [10:16] - Xəbərlər, Sosial
Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 25-də Şamaxıda onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu, yüzlərlə dinc insanın, o cümlədən uşaqların, qadınların, qocaların amansız qətlyamının insanlıqla bir araya sığmayan bəşəri cinayət olduğunu diqqətə çatdırıb. İcra başçısı xalqımıza qarşı törədilən bu soyqırımına 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini bildirib. Daha sonra qeyd edib ki, hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza qarşı törədilən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanınması istiqamətində ciddi səy göstərir və artıq bu istiqamətdə xeyli nəticələrə nail olunub.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Mərhəmət Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxış edərək soyqırımın başvermə səbəblərindən danışıb, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |