Şrift:
Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı
26.02.2021 [10:28] - Xəbərlər, Sosial
"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılıb

lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

Adıçəkilən şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilirlər.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed