Şrift:
Şəki "Memarlıq qoruğu şəhəri" elan ediləcək
27.11.2012 [09:47] - Gündəm, Mədəniyyət
2030-cu ilə kimi Azərbaycanın Şəki şəhərinin "Memarlıq qoruğu şəhəri" elan edilməsi nəzərdə tutulur. Bu barədə bazar ertəsi Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bildirib.

Onun sözlərinə görə, hazırda Şəki şəhərində müxtəlif təmir-abadlıq işləri aparılır.

İmaməliyev deyib ki, bu yaxınlarda xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin koordinatları qeyd edilib. Bundan əlavə, Şəkinin tarixi abidələri ilə bağlı məlumatları özündə əks etdirən bukletlər də hazırlanıb
Bu xəbər oxucular tərəfindən 2949 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed