02.03.2021 [10:43] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovunun iştirakı ilə ölkəmizin Türkiyədəki səfirliyində mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətləri mövzusunda məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə Türkiyədə təhsil alan tələbələr iştirak diblə
Müsabiqə Azərbaycanın Ankaradakı Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunub.
Əvvəlcə səfir Xəzər İbrahim, mədəniyyət naziri Anar Kərimov və TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attarın çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycan-Türkiyə münasibətləri dedikdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun qazandığı rəşadətli zəfər xatırlanır. Çünki bu qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə qardaşlığının misilsiz rolu var.
Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətləri mövzusunda müsabiqənin mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunması təsadüfi deyil. Çünki mərhum səfirin fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün bərpası hər zaman öndə olub. Nümunəvi insan, təcrübəli diplomat kimi həmişə ətrafdakı insanların rəğbətini qazanıb. Vurğulanıb ki, Fuad İsmayılov yüksək keyfiyyətləri və nəcib cəhətləri, böyük təcrübəsi, vətənpərvərlik duyğuları ilə seçilib və örnək olub.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunu olan səfir Fuad İsmayılov Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb, o cümlədən bir neçə ölkədə səfir olub.

Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |