Şrift:
Tokio Olimpiadasının təşkilat komitəsinin 42 faizini qadınlar təşkil edəcək
03.03.2021 [10:22] - Xəbərlər, İdman
Tokio Olimpiadasının təşkilat komitəsində çalışan qadınların ümumi sayının artırılması planlaşdırılır.

Bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin Baş katibi Toşiro Muto jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, komitəyə daha 12 qadın işçinin cəlb edilməsi ilə onların ümumi sayının 42 faizə çatdırılması planlaşdırılır.

Bundan əvvəl Tokio Olimpiadasının təşkilat komitəsinin yeni seçilmiş rəhbəri Seyko Haşimoto qurumda çalışan qadınların sayını 40 faizə çatdıracağını vəd etmişdi.

Təşkilat komitəsinin yeni rəhbərinin seçimi bu vəzifəni tutan Yoşiro Morinin istefasından sonra – fevralın 18-də baş tutub.

Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri, 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi fikirlərə görə kəskin tənqid edilib və istefa verməli olub.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed