03.03.2021 [10:47] - Gündəm, Sosial
İl-dö-Frans (İle-de-France) regionunda COVID-19 pandemiyasına yoluxma sayının artımı böyük narahatçılıq doğurub. Fransanın Şimalında olduğu kimi, Parisdə də həftə sonu karantin rejiminin tətbiq olunacağı ehtimal olunur.
Həftə sonu karantin rejimi ilə bağlı fikirlər regional səhiyyə ajansı və şəhər meriyası arasında aparılan müzakirələrdə səsləndirilib. Qeyd edilib ki, martın 6-dan etibarən Paris və onun ətrafında həftə sonu karantin rejimi tətbiq oluna bilər.
Fransa Prezidenti əhalinin 4-6 həftə müddətində virusa qarşı ciddi mübarizə aparımasının vacibliyini vurğulayıb. Səhiyyə naziri isə 4-6 həftə müddətində pandemiya ilə bağlı qadağalarda heç bir yumşalma gözlənilmədiyini diqqətə çatdırıb. Səhiyyə üzrə Baş Direktor Jerom Salomon milli səviyyədə daha ciddi qadağa tədbirlərinin görüləcəyinin istisna olmadığını bildirib.
Ölkənin Şimalında artıq xəstəxanalarda yer olmadığı üçün xəstələrin digər regionlara transferi başlayıb.

Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |