03.03.2021 [11:02] - Gündəm, Bildiriş
Dövlət İmtahan Mərkəzi fevralın 19-da keçirdiyi inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmiş namizədlər haqqında statistik məlumatları açıqlayıb.
DİM-dən bildirilib ki, statistik məlumatlar imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektlərini əhatə edir. Qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olub. Kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4 faizi), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7 faizi) 20-34 yaş intervalında olandır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88 faizi, 281 kişi və 370 qadın) 20 29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.
İmtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4 faizi yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4 faiz) müvəffəqiyyət əldə edib. Qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1 faiz), 1084 qadından isə 416 nəfər (38.4 faiz) uğur əldə edib.
Daha ətraflı statistik məlumat DİM-in saytında xüsusi cədvəldə verilib.

Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |