Şrift:
Saman Bidar Ərdəbil həbsxanasının istintaq təcridxanasına köçürülüb
05.03.2021 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
S.Bidar 28 fevral tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Bidar ailəsinə bildirib ki, saxlanılandan bir gün sonra, fevralın 29-da Ərdəbil İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ittihamının “hökumətə qarşı təbliğat” olduğu bildirilib.


Mədəni fəal müvəqqəti sərbəs buraxılması üçün 50 milyon tümən girov tələb olunduğunu və iki gün təcridxanada saxlanıldıqdan sonra Ərdəbil həbsxanasına köçürüldüyünü söyləyib.


Son illər azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər şiddətlənib. Hazırda Saman Bidardan başqa qondarma ittihamlarla mühakimə olunan Abbas Lisani, Mehrdad Şeyxi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari Ərdəbil həbsxanasında həbs cəzası çəkirlər.
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed