Şrift:
Türkiyə vətəndaşının Xocalı üçün İrəvan yürüşü
27.11.2012 [12:57] - Gündəm, Sosial
Xocalı qətliamına diqqət çəkmək istəyən Türkiyə vətəndaşı Qələndər Bayramlı Ermənistanın paytaxtı İrəvana doğru yürüşə başlayıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Q.Bayramlı Xocalıda ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğının soyqırım aktı olduğunu dünyaya çatdırmağı qarşısına məqsəd qoyub.

Q.Bayramlı Ankaradan noyabr ayının 16-da yola çıxıb. 59 yaşlı Qələndər kişi axşam saatlarında Yozqat şəhərinə çatıb. O, fevral ayının 26-na qədər Ermənistanın paytaxtı İrəvana yetişməyi planlaşdırır. Bu barədə danışan Q.Bayramlı deyib ki, İrəvana daxil olmaq üçün əlindən gələni edəcək: "Planım Xocalı qətliamının ildönümündə -26 fevralda orada olmaqdır. O qədər insan öldürüblər, qoy məni də öldürsünlər. Ölüm bahasına yola çıxmışam".

Yozgat bələdiyyəsi tərəfindən oteldə bir gecə qonaq saxlanılan Qələndər Bayramlı Sivasa doğru yola çıxıb.
Bu xəbər oxucular tərəfindən 1492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed