08.03.2021 [10:55] - Xəbərlər, Mədəniyyət
“Mədəniyyət/Culture” jurnalının builki ilk nömrəsi çapdan çıxıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, jurnalın ötən nömrəsində olduğu kimi, yenə də əsas yazılar 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz, mədəniyyət sahəsinin bu savaşda şəhidlik və qazilik məqamına yüksəlmiş əməkdaşlarının həyat və döyüş yolu, 10 noyabr üçtərəfli bəyanatından sonrakı quruculuq işləri kontekstində tarixi abidələrin bərpası və digər mövzuları əhatə edir.
Baş məqalədə (“Vətəndən-Vətənə uzanan yollar”) Böyük Qayıdışa hazırlıq zəminində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfəri, eləcə də ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malikin Qarabağ təəssüratlarından bəhs olunur.
“Biz artıq o şəhərdəyik”, “Şəhidliyin hikməti” həyatını Vətən yolunda qurban vermiş gənclərimiz, “Səhnədən hərb meydanına” yazısı isə cəbhədə igidliklə döyüşmüş mədəniyyət xadimlərimiz haqqında söhbət açır.
Mədəniyyət Nazirliyinin istər işğaldan azad edilmiş ərazilərdəki layihələri (“Qarabağda bərpa prosesi abidələrdən başlayacaq” və “Azərbaycanda xristian dini mirası hər zaman qorunub” məqalələri), istərsə də yeni təqvim ilindəki fəaliyyəti barədə xəbərlər də oxucular tərəfindən böyük maraqla qarşılanacaq.
“Bitdi “qürbət” həsrəti” deyərək, yurd yerlərinə hazırlaşan Şuşa, Ağdam və Füzuli teatrlarının dünəni və bu gününə istedadlı sənətşünas, professor İlham Rəhimlinin dəyərli araşdırmalarında işıq tutulur. Müəllif başqa bir – “70+2, yaxud adaşımın ad günündə ani xatırlamalar” yazısında isə tələbə yoldaşı, Xalq artisti İlham Namiq Kamalla bağlı xatirələrini bölüşür.
Oxucular Azərbaycan mədəniyyəti, Qarabağ problemi, regional və beynəlxalq mövzuda bir çox suallara rusiyalı politoloq və ictimai xadimi ölkəmizin dostu Maksim Şevçenko ilə jurnalın əməkdaşı Samirə Behbudqızının müsahibəsində cavab tapa biləcək.
2021-ci ilin “Nizami Gəncəvi İli” çərçivəsində filologiya üzrə fəlsəfə doktorları Zöhrə Əliyeva və Akif Azalpın “Ədəbiyyat” rubrikasında yer alan “Xəmsə” silsiləsi Şərq renessansının ortaq dəyərlər xəzinəsi kimi…” və “Baburnamə”də Əlişir Nəvai şəxsiyyəti və obrazına dair” məqalələri klassiklərin qiymətli irsinə çağdaş baxışdır.
Əməkdar artist İlham Nəzərovun qələmə aldığı “Yüzlərlə musiqiçinin yoluna işıq saçan müəllim” portret cizgilərində isə tanınmış musiqiçi, Milli Konservatoriyanın dosenti, Əməkdar müəllim Yusif Vəliyevin həyat və yaradıcılığına nəzər salınır.

Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |