Şrift:
Güneyli fəala işgəncə verilməsi barədə xəbər Türkiyə mətbuatında yayınlanıb
08.03.2021 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyə Cumhuriyyətinin “Yeni Şafak”, ”TIMETURK”, ”Anadolu” agentliyinin fars və türk bölmələri, "Star" və b. mətbuat orqanları güneyli fəala qarşı İran hökumət məmurlarının qanunsuz davranışı və ona qarşı işgəncə verilməsi barədə xəbərləri yayınlayıblar.


Milli-mədəni fəal Yaşar Piri fevral ayının 21-də İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılan fəal ayın 26-da Təbriz şəhərinin “İmam Rza” xəstəxanasına yerləşdirilib.


Verilən məlumata görə, Y.Piri “Sepah”ın kəşfiyyat bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.


Mədəni fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər bibər qazı nəticəsində onun nəfəs borularında problemlər yarandığını, aldığı zərbələrdən böyrəklərinin zədələndiyini deyiblər. Onun bədəninin müxtəlif yerlərində işgəncə izləri görünür.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed