27.11.2012 [14:30] - Xəbərlər, Sosial
Tutduğunu buraxmayan taksi sürücüsü Aşot, erməni tankının şəklini çəkdikləri üçün saxlanılan Rusiya vətəndaşları, Xankəndindəki dəbdəbəli restoranı işlədən keçmiş Bakı ermənisi Aram və daha nələr...
Azərbaycanın işğal altındakı ərazilərində baş verənlər barədə daha bir xarici ölkə vətəndaşı-bu dəfə avstraliyalı blogger öz ilginc səfər qeydlərini dərc edib. K.Consonun blogs.crikey.com.au saytında yer alan səfər qeydlərini kiçik ixtisarlarla oxucuların diqqətinə çatdırırıq. Belə ki, bu ilin oktyabr ayında tanınmış rusiyalı səyyah və blogger Aleksandr Lapşin Zod aşırımından keçməklə Kəlbəcər üzərindən işğal altındakı əraziləri gəzmişdi və öz səfər qeydlərini yazmışdı. Bu səfər qeydlərində işğal altındakı ərazilərdə baş verənlər və ermənilərin bu ərazilərdə necə səfil həyat keçirdikləri barədə maraqlı detallar yer almışdı. K.Consonun qeydlərindən məlum olur ki, o, Qarabağa İrəvandan, Laçın aşırımı vasitəsilə gəlib. Bu səfər onun Azərbaycan, Moldovanın Dnestryanı bölgəsi, Ermənistan, İran və İraqın şimalındakı kürd bölgələrinə cəmi 6 ay çəkən səyahətinin bir hissəsi olub. K.Consonun səfər qeydlərini təqdim edirik:
***
Fanatizm hər yerdə baş alıb gedir. Mən bu barədə İrəvan avtovağzalında Dağlıq Qarabağa gedən “marşrutka” öz qapılarını sərnişinlərin üzünə açanda bir daha fikirləşdim. Avtobusdan başını çölə çıxararaq müştəriləri səsləyən sürücünün keçəl başında Müqəddəs Məryəmin, ət doğramaq üçün balta və kötüyün fonunda çəkilmiş holoqramik şəkli həkk olunmuşdu. Xoşbəxtlikdən o, dini fanatik deyildi, yəqin ki, sadəcə olaraq, öz fantaziyalarında xeyli irəli getmiş fantazyor idi. Onun başındakı şəkil uğursuz görünürdü, ancaq “marşrutka”da bilavasitə məndən qabaqda oturan iki sərnişin doğrudan da ət doğramaq üçün balta almışdı.
Avtobus doldu, qapılarını bağladı və yola düşdü. Mən, Ermənistanın paytaxtı Yerevandayam. Ermənistan dünyada ən xristian ölkələrdən biridir, xristianlıq ermənilərin milli şüurunun formalaşmasında əsas rol oynayır. Ermənistanın İran, Türkiyə və Azərbaycanla qonşuluqda yerləşməsi də bunda öz təsirini göstərir. Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında başlamış münaqişənin kökündə də etnik və ərazi mübahisələri ilə yanaşı din amili dayanır. Bu münaqişə faktiki “Dağlıq Qarabağ dövlətinin” yaranması ilə nəticələnib. Azərbaycan isə bu tanınmayan “dövlətə” onun razılığı olmadan səfər edən istənilən xaricini “qara siyahı”ya salır. Buna baxmayaraq, mən Qarabağı gəzmək fikrində qətiyəm.
***
Dağlıq Qarabağın “paytaxtı” Stepanakertdə (Xankəndi-red) avtovağzal palçıq içərisindədir. “Marşrutka” öz qapılarını açanda dərhal basabas yarandı-minmək istəyənlər yeddi saat boyu yorucu dağ yolları ilə səfər edən sərnişinlərə düşmək imkanı vermirdi. Bu basabas zamanı avtobusun qarşısında dayanan birisi diqqətlə bütün sərnişinləri nəzərdən keçirir və “Sizə taksi lazımdır?” deyə, hamıdan soruşurdu. Onun adı Aşot idi. Aşot siqaret çəkməkdən saralmış dişləri və bulanıq gözləri ilə mənə tərəf dönüb eyni sualı verdi. “Yox, mən taksi istəmirəm. Bir tanış oğlan mənə söz verib ki, öz taksisi ilə aparacaq” deyə, onu başımdan eləməyə çalışıram. “Mənim taksim əladır” deyə, Aşot əl çəkmir. “Yaxşı, amma mən, hər halda, taksi istəmirəm”-deyə, cavab verirəm. “Bəs sizə hotel lazımdır?” Aşot yenə əl çəkmir. “Yox, mən ev tutub gecələmək istəyirəm”. Lakin Aşota bu cavab da kar eləmir: “Mənim qonaq saxlamağa evim də var, çox ucuzdur, gecəsi cəmi 4 min drama. Gəlin gedək baxın, xoşun gəlsə qalarsan, narahat olma”.
***
Bu zaman mən İrəvanda avtobusa mənimlə bərabər oturan, Qarabağa səfər təcrübələrinə malik İtaliya vətəndaşları Marti və Alessionun məsləhətlərini yada salıram. Dərs 1: “Həmişə onların istədiyini edin, hətta onlar daha artıq şey istəsələr də”. Beləliklə, Aşotla getməkdən başqa çarəm qalmır. Biz onun köhnə, sınıq-salxaq “011"ində Aşotun ağ rənglənmiş evinə çatırıq. Evin həyətində dörd qadın var idi, orta yaşlarında olardılar. Ayağa qalxdılar və bizə salam verdilər. Qadınların hamısının ağzında sarı dişləri gözə dəyirdi. Qadınların yerli olmadıqları nəzərə çarpırdı. Onlar söhbətə başladılar, danışdılar ki, bir gün əvvəl yolda gördükləri tankın şəklini çəkmək istəyərkən saxlanılıblar. Qadınların əllərindən fotoaparatları, kameraları, pasportları araşdırma aparmaq üçün alınıb, həmçinin onları polis idarəsinə də aparıb ayrı-ayrılıqda dindiriblər. ”Onlar bizdən soruşurdular ki, sizə nə qədər pul veriblər? Hesab edirdilər ki, biz Azərbaycana casusluq edirik. İmkan vermədilər ki, öz səfirliyimizlə əlaqə yaradaq" deyə, qadınlardan biri deyir.
***
Bu dörd rusa saxlanılandan sonra öz səfirlikləri ilə əlaqə saxlamağa imkan verilməməsi yerli hakimiyyət tərəfindən tətbiq edilən cəza tədbiridir. Hansı ki, belə tədbirlərə görə dünyanın az qala istənilən ölkəsində diplomatik qalmaqal yarana bilər. Lakin Dağlıq Qarabağ dünya xəritəsində dövlət olmadığına görə onlar diplomatik normalara da məhəl qoymaya bilərlər. İndi məlum olurdu ki, bu ruslar Aşotun hotel-evində ev dustağı kimi saxlanılırlar. Pasportları əllərindən alınıb və nə vaxt təkrar polisə çağırılacaqlarını gözləmək məcburiyyətindədirlər. Aşot bizə qalmağa yer göstərdi, balaca, ancaq təmiz idi. Soruşdu ki, sabah hara getmək planımız var. Öz “Lada”sı isə sabah saat 9-da bizi götürməyə gələcəyini bildirdi.
***
Stepanakert şəhər kimi balacadır, lakin əksər paytaxtlar kimi kosmopolitdir. Hava seyrək və sərindir. Şəhərin əsas bulvarı ictimai parkda qurtarır, parkın əsas predmeti lazer şousu ilə təchiz edilmiş fontandır. Parkın kənarında hər il 9 may qələbə gününün bayram edildiyi meydan və tribuna yerləşir. Biz şəhərdə gəzdik, içdik, ancaq sonra nə işlə məşğul olacağımız barədə ortaq məxrəcə gələ bilmədik. “Hotelə” qayıdanda isə bizə bir nəfər yaxınlaşdı, haradan olduğumuzu və nə işlə məşğul olmağa hazırlaşdığımızı soruşdu. “Biz Dağlıq Qarabağda yaxşı restoran axtarırıq. Bilmirsiniz, yerlilər əsasən hansı restorana gedirlər?”-deyə, mən adi turist kimi görünməyə çalışaraq banal cavab verirəm. “İrəlidə”-deyə, o bizə restoran göstərir.
***
Təxminən 15 dəqiqə sonra biz dəbdəbəli restoranda oturmuşduq və pivə içirdik. Bu zaman biz ehtiyatla da olsa restoranın sahibini söhbətə tuturuq, Dağlıq Qarabağın niyə bu cür adlandırıldığı barədə sual veririk. “Mənim ”Dağlıq Qarabağ" sözündən xoşum gəlmir, çünki Azərbaycan sözüdür" deyə, o cavab verir. Restoran sahibinin özünü aparması qəribə idi, o gah mehriban qonaqpərvər ev sahibi kimi görünür, gah da bizim suallarımıza soyuq, quru cavablar verirdi. Söhbət arada onun müştərilərə xidmət göstərməsi zamanı kəsilirdi. Restoran sahibinin adı Aram idi, 23 yaşı var idi və danışdığına görə yerli universitetdə təhsil alıb. Valideynləri 1988-ci ildə Azərbaycandan qovulublar və onlar “Artsax”da yerləşiblər. Mən diqqət yetirdim ki, Aram həmişə ofisiantlarla rus dilində danışır.
- Niyə rusca danışırsınız?
- Mən bütün dostlarımla rus dilində danışıram.
- Axı sən özünü erməni sayırsan.
“Əlbəttə”-deyə, o çiynini çəkərək cavab verir, sanki erməni olmaq dünyada yeganə düzgün şey imiş.
- Onda sən niyə ermənicə danışmırsan?
- Mən patriot deyiləm.
Nəhayət, biz Arama “dosvidaniya” deyirik və Aşotun “hotel-evinə” yola düşürük. Biz evə çatanda görürük ki, Aşot daha iki turist ovlaya bilib, onlardan birini mətbəxdə yerləşdirib, digərinə elə döşəmədə yataq salıb. Turistlər Tokiodan idilər, biri özünü Rui, o biri Fiyou kimi təqdim elədi. Fotoqraf idi...
P.S. Davamı var. Avstraliyalı turistin səfər qeydlərinin davamını növbəti saylarımızdan birində dərc edəcəyik.
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 1484 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |