Şrift:
Qəzzada döyüşçülər İsrail ərazisinə 12 raket buraxılıblar
30.10.2011 [11:31] - Gündəm
Qəzza bölgəsində yaraqlılar, İsrailin hərbi hava qüvvələrinin "İslami Cihad" Fələstin qruplaşmasının 5 üzvünü öldürdüyünə cavab olaraq İsrail ərazisinə 12 raket buraxıb.
Nəticədə İsrailin Qan-Yavne şəhərinin iki sakini yaralanıb. Raketlərdən biri Aşdod şəhərində avtomobil dayanacağına düşüb və ərazidə yanğın baş verib. Yanğında 5 nəfər xəsarət alıb.
Xatırladaq ki, İsrail ekstremistlərin Aşdod şəhərinin yaxınlığındakı ərazini raket atəşinə tutmasına cavab olaraq Qəzza bölgəsinə hava zərbəsi endirmişdi.
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed