Şrift:
Leyla Davamçı: -"hələdə dünyada acından ölən insanlar varsa, ölən insanlar deyil, İNSANLIQDIR!...
27.11.2012 [14:56] - Gündəm, DAVAMın yazıları
Leyla Davamçı: "...hələdə dünyada acından ölən insanlar varsa, ölən insanlar deyil, İNSANLIQDIR!..."

Mətbuatda hər gün istəsəkdə istəməsəkdə ölkə daxilində baş verən cinayətlərin şahidi oluruq. Ölkə daxilində insanlar öz millətlərindən, öz qanlarından, öz canlarından olan insanları amansızca öldürməyə, döydürtməyə, işgəncə verməyə hazırdırlar və edirlər. Bu çox mənfi və acınacaqlı haldır. Əgər bu qədər “gözü qara” insanlar yaşayırsa Vətəndə onda niyə bu qabiliyyətlərini düşmənə qarşı deyildə, özümüzə qarşı yönəldirlər? Hər bir hadisənin məğzi, mənası olmalıdır, bu baş verən hadisələrə anlam vermək çox çətindir, verilən anlam isə insanı çox məyus edir. Hər gün bir deyil, bir neçə hadisə haqqında eşidirik: Filankəslər restoranlarda hadisə törətdilər, filan müğənni filan müğənnini hədələdi, döydürtdü, bala ananı bıçaqladı, ata ananı-balanı öldürdü və s. Çox təəssüf ki, belə misallar çoxdur hələ də saymaq olar. Maraqlıdır müstəqillikdənmi, demokratiklikdənmi, söz azadlığındanmı və insanlara verilmiş digər haqqlardan, hüquqlardan istifadə edərəkmi, bütün bu hadisələri törədirlər?(düşünmədən) Bütün bu insan haqları, hüquqları ona dəlalət etmir ki, bunu yöndəmsiz istifadə etsinlər. Bunlar insanlara onların rahat yaşamı, rifahı üçün verilir. Əslində potensial var, hər bir insan mütləq bir özəl xüsusiyyətə, qabiliyyətə malikdir amma fəaliyyətsizlik və hədəfsizlik var. Əgər balığdan onun ağaca dırmaşmasını istəsək təbii ki, balıq özünü bacarıqsız hesab edəcək. İnsanların müsbət keyfiyyətlərini üzə çıxarıb doğru istiqamətdə yararlanmaq lazımdır.
Özünü düşünən, xalqının, millətinin gələcəyini düşünən insan öz millətinə qarşı çirkin əməl etməz, məsələlərə düzgün aspektdən yanaşar və düşmən olaraq özümüzü seçməz. Çox maraqlıdır bu insanları dindirərkən qanun pozuntusundan, yaşamsızlıqdan bəhs edirlər. Bu əməlləri törədərək statusmu qazanırsınız, ədalətimi bərpa edirsiniz? Bu zorakılıqları törədərək yaranmış vəziyyətin həddini artırırsınız. Danılmaz bir faktdır ki, hamı bunu bilərəkdən etmir. Bunun üçün insanlara doğruları aşılamaq lazımdır. Məsələn, treyninqlər keçirərək (rayonlarda, kəndlərdə, qəsəbələrdə).
Kimsə imkanlıdırsa, həmən o insan haqqında pis düşüncələrə qapanmaq lazım deyil. Bəlkə insan əziyyət çəkib qazanıb, hər kəs rüşvətlə imkanlı olmazki... Biri villada yaşayır, bahalı maşın sürür, marka geyirsə mütləq deyil ki, bunlar rüşvətlə əldə olunub.(istisna hallarda mövcuddur). Hər insanın yaşadığı mühitə uyğun çıxarları var. Bir insan ağıllıdırsa, bütün bunlar onun haqqıdır. Əgər kvadrat tənlik iki insana həll etmək üçün verilərsə, biri onun çevrilmiş kvadrat tənlik oduğunu görübdə həmən Viyet teoremindən istifadə edib həll edirsə, digəri isə hələ hesablama aparırsa niyədə bu ağıllı insan bu imkanlara sahib olmasın? Bu cür düşünən insanlarda bu xəstəliyin simptomu geri düşüncəlikdi.
Ölkəmizdə bunları düşünən insanlar və təşkilatlar mövcuddur. Məsələn, MDHP-nin məramnaməsini oxusanız görərsiniz ki, orda insanların rifahını düşünəcək kifayət qədər maddələr var. Həmçinin məramnamədə belə bir deviz var: “ Gecikən ədalət, ədalətsizlikdir”...
Bu deviz bizə MDHP haqqında düşünməyə kifayət qədər əsas verir. Hər kəs bir azda olsa araşdırma edib, doğru insanlara, doğru istiqamətə yönlənməlidir. Bu ölkədə, vətəndə, bu millətdə heçnə yoxdur deməklə, cinayət törətməklə olmaz.
Təbii ki, hər kəs əlindən gələn yardımı millətindən, xalqından hətta ki, ona ehtiyacı olan bütün insanlardan əsirgəməməlidir. Pulunu insan döydürtməyə deyil, ac qarnı doyurtmağa, ehtiyacı olanların təhsilinə xərcləməlidir.
Hələ də dünyada acından ölən insanların istisna olmadığı aşıkardır. Və hələdə dünyada acından ölən insanlar varsa, ölən insanlar deyil, İNSANLIQDIR!...
Leyla Davamçı: -"hələdə dünyada acından ölən insanlar varsa, ölən insanlar deyil, İNSANLIQDIR!...
Bu xəbər oxucular tərəfindən 3389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed