Şrift:
Kiyevin abadlaşdırılması üçün Bakının ən yaxşı təcrübəsi tətbiq olunacaq
10.03.2021 [10:49] - Xəbərlər, Sosial
Kiyev şəhərinin abadlaşdırılması, müasir infrastrukturun qurulmasında Bakı şəhərinin ən yaxşı təcrübəsinin tətbiqi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparılır.

Bu barədə Kiyev şəhər meriyasından məlumat verilib.

Məlumata görə, artıq Bakının bəzi təcrübəsi Kiyevdə tətbiq olunub. Buraya bayraq meydanının yaradılması da daxildir.

“Bakı və Kiyev qardaşlaşmış şəhərlər kimi bir sıra birgə iqtisadi, mədəni layihələri həyata keçirməyə davam edəcək. Bu layihələr iki şəhərin inteqrasiyası baxımından olduqca vacibdir”, - deyə məlumatda əlavə olunub.

Həmçinin bildirilib ki, qarşılıqlı investisiya qoyuluşunu artırmaq üçün əməkdaşlıq daha da gücləndirilməlidir.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed