10.03.2021 [10:54] - Gündəm, Sosial
“Böyük Qayıdış” Gənclər Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə gənclərə vətənpərvərlik hissinin aşılanması məqsədilə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif qəhrəmanlar” adlı onlayn görüş keçirilib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından bildiriblər ki, zoom platformasında teleaparıcı Turanə Hüseynlinin moderatorluğu ilə keçirilən görüşdə şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva və Qarabağ qazisi Gülpəri Sərkərova, “Veteran Xanımlar” İctimai Birliyinin sədri Radə Abbas qonaq qismində iştirak ediblər.
Zərif qəhrəmanlar çıxışlarında Vətənin ən ağır günlərində Azərbaycan qadınının mərdliyindən, möhkəm iradəsindən, Vətən müharibəsində ölkəmiz üçün qazanılan tarixi qələbədə qadınlarımızın xüsusi rolundan, fədakarlıq və şücaətindən söz açıb, gənclərlə öz dəyərli tövsiyələrini bölüşüblər.

Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |