10.03.2021 [11:15] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı tərəfindən “Şuşa mədəniyyət paytaxtıdır” adlı onlayn tədbir keçirilib.
BDU-dan bildirilib ki, tədbirin aparıcısı Ruslan Mustafayev Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin beşiklərindən biri olduğunu qeyd edib. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunmasından, həmin tarixin bayram günləri sırasına daxil edilməsindən və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcəyindən danışıb.
Sonra Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Şuşanın yetişdirdiyi sənətkarlar, ədəbiyyat nümayəndələri haqqında məlumat verib, Şuşada Vaqif poeziya günləri keçiriləcəyinə, “Xarı bülbül” festivalının bərpa olunacağına diqqət çəkib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov strateji əhəmiyyətə malik Şuşa şəhərinin memarlıq abidələrindən bəhs edib. Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyini vurğulayıb.
Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov Şuşa şəhərinin tarixi, erməni qəsbkarları tərəfindən işğalı, ordumuzun Şuşanı işğaldan azad etməsi uğrunda keçdiyi zəfər yolundan bəhs edib.
Tədbir Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyevin çıxışı ilə yekunlaşıb.

Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |