11.03.2021 [13:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
YAP artıq bu xüsusda atılan ilk addımı dəstəkləyib
Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən qurultayında qəbul edilən qərarlar, struktur yenilikləri və fəaliyyət istiqamətindəki yeniliklərə start verməsi siyasi gündəmdə maraqla izlənilməkdədir. Xüsusilə, altı siyasi partiyanın hakim partiyaya birləşməsi faktı növbəti sualı yaradır – digər siyasi təşkilatlar da YAP-a birləşmək imkanlarını reallaşdıra bilərlərmi? Belə ki, YAP ölkənin ən çoxsaylı və aktiv fəaliyyət göstərən siyasi partiyası olaraq, eyni zamanda, dövlətin apardığı siyasətdə fəal iştirakçıdır. Partiyanın istər veteran təmsilçiləri, istərsə də gəncləri mediada, sosial şəbəkələrdə dövlət siyasətinin dəstəklənməsi istiqamətində əməli işlərini aparmaqdadırlar. Həmçinin, YAP-a birləşən digər siyasi partiyalar da bundan sonra həmin istiqamətdəki iş potensiallarını daha da artırmaq imkanını əldə ediblər. Ümumiyyətlə, yaxın gələcəkdə daha bir neçə partiyaların hakim partiya ilə birləşməsi mümkünlüyü reallaşa bilər.
Fərəc Quliyev: “Cəmiyyətdə birgə nizamnamələri olan partiyalar var ki, onların birləşməsi mümkündür”
SİA xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev partiyaların birləşməsi məsələsinə münasibətini açıqlayıb. O, bu prosesə normal baxdığını deməklə yanaşı qeyd edib ki, oxşar ideologiyası olan siyasi təşkilatların bir araya gəlməsi mümkündür. Belə ki, xalqın, dövlətin marağında olan, eləcə də ümummilli məsələlərdə birmənalı vahid mövqedən çıxış etmək lazımdır. Çünki müharibədən əvvəl partiyaların bir mövqedən çıxış etməsi, iqtidarla müxalifətin birgə davranışı bunu göstərdi. “Cəmiyyətdə birgə nizamnamələri olan partiyalar var ki, onların birləşməsi mümkündür”, deyə MDHP-nin sədri bildirib.
Fərəc Quliyev sədri olduğu partiyasının YAP-la birləşməsi mümkünlüyü barədə düşünmədiyini desə də bənzər təkliflər olarsa, digər partiyalarla razılaşdırıla biləcəyini də istisna etməyib. “Bizim partiya ilə oxşarlığı olan qurumlar var. Müraciətlər olarsa, birləşmə ilə bağlı müzakirələr gedə bilər”, deyən Fərəc Quliyev MDHP-nin blok siyasəti yürütmədiyini də diqqətə çatdırıb: “Onu da deyim ki, biz blok siyasəti yürütmürük. Çünki müşahidə etdik ki, müəyyən dövrlərdə yaradılan blokların, birliklərin bir-birinə qarşı sonradan kampaniyaları başladı. Həm də onu gördük ki, blokların tərkibində olan partiyaların yanlışları olur və sən də bu yanlışlığı istər-istəməz daşıyırsan. Amma milli məsələlərdə bir yerdə hər an olmaq mümkündür”.
MDHP-nin sədri: “Bu, YAP-ın uğurudur”
Ancaq buna baxmayaraq, iqtidar partiyasına birləşənlərin qərarlarına müsbət baxdığını deyən Fərəc Quliyev həmin faktı YAP-ın uğuru olaraq qiymətləndirib: “İqtidar partiyasına birləşənlərin qərarına müsbət baxıram. Hesab edirəm ki, bu, hakim partiyanın uğurudur. Orada kadrların yenilənməsi, YAP-a yeni nəfəsin gəlməsi baxımından da əhəmiyyətlidir. Amerika modeli var. Deyək ki, iki aparıcı partiya var və onlar ölkənin taleyini həll edirlər”.
MDHP-nin sədri daha bir məqama da toxunaraq bildirib ki, ölkənin müxalifət partiyaları arasında durğunluq və fəaliyyətsizlik nəzərə çarpır və bu baxımdan, həmin düşərgədə də yeniləşməyə ehtiyac yaranıb.
“Düşünürəm ki, Azərbaycanda müxalifət düşərgəsində təmərküzləşmə gedəcəkdir. Bu, işin xeyrinə olar”, bildirən müxalifətçi partiya sədri deyib ki, əgər gələcəkdə hansısa partiyalar birləşəcəksə, bunu sadəcə alqışlayacaq. Lakin onun rəhbəri olduğu siyasi təşkilatın hələ ki, birləşmə siyasətini həyata keçirmək planı yoxdur. “Amma bizim hələlik heç bir partiya ilə birləşmək kimi düşüncəmiz yoxdur. Bu heç müzakirə mövzusu da deyil. Bizim düşüncəmiz Azərbaycan mərkəzli türk düşüncə sistemidir. Bütöv Azərbaycançı və Turançıyıq. Bu xəttə uyğun təşkilatlar olacaqsa, müzakirələr apara bilərik. Amma hələ ki, belə bir müraciət yoxdur”, MDHP-nin sədri bildirib.
Rövşən RƏSULOV

Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |