Şrift:
İranda "Buşəhr" AES-in təhlükəsizliyini yoxlamaq üçün simulyator hazırlanıb
28.11.2012 [09:49] - Güney Azərbaycan xəbərləri
İran alimləri "Buşəhr" atom elektrik stansiyasının (AES) təhlükəsizliyini sınaqdan keçirmək üçün AES-in istehsalat dövrünün modelləşdirilməsi sistemini hazırlayıblar. Bu barədə "Mehr News" agentliyi məlumat verir.

"Çernobıl", "Fukusima" və digər nüvə obyektlərində baş vermiş qəzaların acı təcrübəsini nəzərə alaraq, xərəbdarlıq tədbirləri görmək lazım idi", - sınaqların nəticələrini açıqlayan tədqiqatçı Əmir Hüseyn Kişəvərz deyib.

Qeyd edək ki, İran "Buşəhr" AES-i rəsmən 2011-ci il sentyabrın 12-də işə salıb.
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed