Şrift:
Türkiyə Superliqası: “Fənərbağça” öz meydanında "Gənclərbirliyi"nə məğlub olub
15.03.2021 [10:57] - Gündəm, İdman
Martın 14-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Gənclərbirliyi” səfərdə “Fənərbağça”nın qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin cəmi beş dəqiqə sonra Sərdar Əziz topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Matçın 63-cü dəqiqəsində isə qonaqların hücumçusu Floyd Ayite "Gənclərbirliyi"nin qələbə topunu vurub.

Günün digər matçlarında “Qaziantep” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə udub. "Ankaragücü"də doğma divarlar arasında "Göztəpə"nin qapısından üç cavabsız top keçirib. "Ərzurumspor" - "Trabzonspor" görüşündə isə qapılar toxunulmaz qalıb - 0:0.

Tura “Kasımpaşa” - “Konyaspor” qarşılaşması ilə yekun vurulacaq.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edib.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed