15.03.2021 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə yaşayan güneyli milli-mədəni fəallar "Sədullah Sasani, Rəhim Sasani ve Mehdi Purəli Xormalu" barəsində ilkin məhkəmə prosesində çıxarılmış və hər biri üçün 4 il müddətinə ertələnmiş 1 il həbs, 60 zərbə şallaq cəzası, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 1 saylı bölməsi tərəfindən olduğu kimi təsdiqlənib.
Bundan öncə mədəni fəallar “Həkimə Əhmədi”, “Yasəmən Zəfəri”, “Sədullah Sasani”, “Rəhim Sasani”, “Mehdi Purəli Xurmalu”, “Hadi Qulizadə”, “Məcid Əkbəri”, “Behzad Şeyxi”, “Sadiq Pərto Beyrəq”, “Əli Abi Xızr”, “Əli Muradiyan”, “Mehdi Əsədi Gülzar” və “Əbülfəz İbrahimzadə” Təbrizin ikinci Cinayət Məhkəməsinnin 112-ci şöbəsi tərəfindən "ictimai asayişi pozmaq, qanunsuz toplanmaq və məmurlara itaətsizlik" ittihamı ilə 1 il həbs və 60 zərbə şallaq cəzasına məhkum edilmişdilər.
Xatırladaq ki, milli-mədəni fəallar iyulun 16-ı, 2020-ci il tarixində, Azərbaycan Ordusuna dəstək və Ermənistanın Azərbaycan Respublikasının Tovuz şəhəri istiqamətində yeni təxribatlarına etiraz məqsədi ilə, Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyada iştirak etdikləri üçün həbs edilmiş, sonradan girov qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılmışdılar.

Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |