15.03.2021 [23:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
«Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizdə reallığa çevrilib. Bu gün cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirəsi demokratiyanın göstəricisidir.»
Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.
Fərəc Quliyev qeyd edib ki, iqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycanda son zamanlar reallaşan dialoq mühitinin müsbət nəticələri göz önündədir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür. 44 günlük müharibədən öncə hakimiyyətlə siyasi partiyalar arasında keçirilən görüşlərin, dialoqun müharibə dövründə effekti özünü göstərdi. Partiyalar ortaya ortaq mövqe qoyaraq, milli birlik nümayiş etdirdilər. Əlbəttə, müxalifətin hansısa çatışmazlıq hesab etdiyi məsələlərə iradları, etirazları ola bilir və bu təbiidir. Bunun üçün də kənardan heç kimin vasitəçiliyinə ehtiyac yoxdur. Dialoqda müxalifət partiyalarının rəhbərləri fikirlərini birbaşa hakimiyyət rəsmisinə çatdırırlar. Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin parlamentin rəhbərliyində, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunmaları da məhz bu dialoq prosesinin nəticəsində mümkünləşib.
F.Quliyev qeyd edib ki, ölkəmizdə olan hər hansı çatışmazlıqlar məhz özümüz tərəfindən həll edilməlidir, qarşılıqlı dialoqla müzakirə olunmalıdır. Sevindirici haldır ki, artıq milli birlik və vətəndaş həmrəyliyi siyasi partiyaların fəaliyyətində prioritet təşkil edir.

Şəmsiyyə Əliqızı, «İki sahil»
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |