16.03.2021 [10:55] - Gündəm, Hadisə
Myanmada hərbi çevrilişə qarşı etiraz aksiyalarının qarşısının alınması zamanı ölənlərin sayı 138 nəfərə yüksəlib, onların 50-dən çoxu şənbə və bazar günləri həlak olub.
Xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib. O bildirib ki, BMT Ali komissarının idarəsinin məlumatına görə, fevralın 1-dən bu günədək dinc nümayişlərin 138 iştirakçısı, o cümlədən qadınlar və uşaqlar öldürülüb. Bu sıraya dünən öldürülmüş 38 nəfər daxildir, daha 18 nəfər isə şənbə günü qətlə yetirilib.
Xatırladaq ki, fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin komandanı Min Aunq Hlaynın əlinə keçib, vitse-prezident Mint Şve isə prezident səlahiyyətlərinin icraçısı təyin olunub. Myanma Prezidenti Vin Min, dövlət müşaviri Aun San Su Çji, həmçinin digər yüksək vəzifəli məmurlar həbs edilib. Onlar 2020-ci il noyabrın 8-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham olunurlar.

Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |