16.03.2021 [10:58] - Xəbərlər, Sağlıq
Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa yoluxma sayında artım müşahidə olunduğu üçün karantin qaydaları sərtləşdirilir.
Əlavə karantin məhdudiyyətləri ilə bağlı qərar martın 18-dən etibarən qüvvəyə minəcək. Martın 18-dən etibarən ictimai iaşə obyektlərinin (restoranlar, kafe, bar, yeməkxana) iş saatları qısaldılır. Bundan əlavə, bu tarixdən etibarən kinoteatrların və kino salonlarının fəaliyyəti də dayandırlır.
Нovruz bayramı münasibətilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Martın 21-də əyləncə mərkəzlərinin, ticarət evlərinin, ticarət mərkəzlərinin (içərisində yerləşən apteklər, habelə məkanından asılı olmayaraq fəaliyyətinə icazə verilən qida məhsulları obyektləri istisna olmaqla) fəaliyyəti dayandırılır.
Bundan başqa bazar günü ictimai nəqliyyatın fəaliyyəti də dayandırılacaq, dezinfeksiya işləri aparılacaq. Fitness zalları, idman və istirahət obyektləri şənbə və bazar günləri fəaliyyət göstərməyəcək.

Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |