Şrift:
COVID-19: Paris xəstəxanasının direktoru virusun sürətlə yayıldığını və karantinsiz vəziyyətin ağır olacağını bildirib
16.03.2021 [11:00] - Gündəm, Sosial
COVID-19 pandemiyası, xüsusilə də Britaniya ştammı 20 və 60 yaş kateqoriyası arasında sürətlə yayılır. Müvafiq qərar qəbul edilməzsə, yaxın günlərdə reanimasiya şöbələrində vəziyyət daha da ağır olacaq.

Bu fikirləri Paris AP-HP xəstəxanasının direktoru Brüno Rio televiziyaya müsahibəsində səsləndirib. B.Rio ölkədə karantin rejiminin tətbiq edilmədiyinə təəssüfünü bildirib. Peyvənd kampaniyasının hələ bir neçə aydan sonra faydalı olacağını qeyd edib.

Bildirib ki, COVID-19 pandemiyası ilə bağlı vəziyyət hələ nəzarətdə olsa da, yaxın günlərdə nəzarətdən çıxacaq. “Karantin rejimi tətbiq olunmadan keçən hər həftəni qazanılmış həftə hesab edirlər, ancaq mən bu fikirlə razı deyiləm. Ötən hər həftə hər kəs üçün itirilmiş həftədir”, - deyə B.Rio pandemiya ilə bağlı vəziyyətin artıq ciddi olduğunu diqqətə çatdırıb.

Paris regionundan xəstələrin digər regionlara transferi başlayıb. Qeyd edilir ki, yüz xəstə təcili transfer edilməlidir.
Bu xəbər oxucular tərəfindən 260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed