Şrift:
Gürcüstan parlamentində milli azlıqlarla bağlı yeni şura yaradılıb
16.03.2021 [11:02] - Xəbərlər, Borçalı
Gürcüstan parlamentinin Diaspor məsələləri Komitəsinin nəzdində milli azlıqların problemləri ilə bağlı Elmi-Məsləhət Şurası yaradılıb.

Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Bildirilib ki, Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək Şura milli azlıqların qarşılıqlı və səmərəli inteqrasiyasını asanlaşdırmaq, onların sistemli problemlərinin həlli məsələləri ilə məşğul olacaq.

Qurum həmçinin, milli azlıqlardan olan gənclərin işlə təminatı və mədəniyyət sahələri üzrə də fəaliyyət göstərəcək.
Bu xəbər oxucular tərəfindən 25062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed