16.03.2021 [11:04] - Xəbərlər, Mədəniyyət
İtaliya-Azərbaycan Assosiasiyasının (Associazione Italia-Azerbaijan) rəsmi “YouTube” kanalında Azərbaycanda keçirilən ənənəvi Novruz bayramı haqqında məlumat yerləşdirilib.
Məlumatda yaz fəslinin başlanğıcı, gecə-gündüz bərabərliyi günü − 20-21 mart tarixləri də daxil olmaqla, bu il Azərbaycanda Novruz bayramının 10 gün ərzində qeyd ediləcəyi haqqında danışılır.
Bildirilir ki, Azərbaycanda Novruz günlərində ənənəyə uyğun olaraq tonqallar qalanır, müxtəlif şirniyyatlar hazırlanır, xonça bəzədilir, səməni əkilir, qaynadılmış yumurta boyanır.
Qeyd edilir ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Novruza xas olan fotolardan ibarət kompozisiya ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://www.youtube.com/watch?v=_4MihUWNNjc

Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |