Şrift:
MTN narkotik əməliyyatlarından məlumat yayıb
28.11.2012 [10:36] - Hadisə
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzi İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan ­­­­şəxslərin ifşa edildiyini, onlardan ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə götürüldüyünü açıqlayıb.

Tutulanlar bu şəxslərdir: Azərbaycan Respublikasının vətəndaşları Haxıyev Tural Tahir oğlu, Məmmədov Qabil Sabir oğlu və onun oğlu Asiman Məmmədov, Mirzəyev Ağahüseyn Əlihüseyn oğlu, Abdullayev Samir Əyyar oğlu, Kazımov Elxan Şahi oğlu, Əliyev Kamran Cəbrayıl oğlu, Mehrəliyev Rövşən Yədulla oğlu, Əliyev Cavanşir Cəbrayıl oğlu; İran İslam Respublikasının vətəndaşları Bani Reza Soltanəli Bairaməli, Arami Kiyomərs Hüseyn oğlu.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed