Şrift:
Yəhya Rəhim Səfəvi: “Gələn il biz böyük hadisələrə doğru hərəkət edəcəyik”
28.11.2012 [10:46] - Hərb
İranın dini lideri ayətullah Əli Xamneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi noyabrın 27-də “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının üzvləri ilə görüşündə qurumun ölkədəki rolundan danışıb.
Yəhya Rəhim Səfəvi deyib: “Gələn il biz böyük hadisələrə doğru hərəkət edəcəyik. Daxili, regional və beynəlxalq siyasi olayların mahiyyətini yaxşı anlayan xalq və “Bəsic” düzgün qərar verməklə ölkənin indiki həssas tarixi mərhələdən adlamasında həlledici rol oynayacaq”.

İranda yeni il Novruz bayramından başlanır.
Bu xəbər oxucular tərəfindən 1477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed