16.03.2021 [15:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Biz sadəcə düşməndən deyil, onun arxasında duran qüvvələrdən də güclü olmalıyıq”
Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Azərbaycan ordusunun müasir silah və texnika ilə təchizatının bundan sonra da davam etdiriləcəyini bildirib.
Moderator.az-a açıqlamasında Baş nazirin məlum bəyanatını şərh edən sabiq millət vəkili Fərəc Quliyev, ordumuzun müasir texnika ilə təchizatının vacib və həyati əhəmiyyət kəsb edən məsələ olduğunu qeyd edib:
“44 günlük müharibədən sonra biz büdcə qəbul etdik, büdcədə hərbi xərclər artırıldı. Bu, doğru bir addım idi.
Ermənistan tərəfi mütəmadi şəkildə bizə qarşı təhdidlər səsləndirməkdə davam edir, revanşist-utopik fikirlər səsləndirrilər. Ermənistan ordusu dağıdılıb. Lakin gələcəkdə elə bir məqam yarana bilər ki, ya kimlərinsə Ermənistana dəstəyi, ya da Ermənistan daxildəki müəyyən qüvvələrin təhriki ilə yeni bir müharibə başlaya bilərlər. Biz ilk növbədə buna görə hazır vəziyyətdə olmalıyıq.
Ermənistan nə qədər mövcuddursa, biz həmişə onların bizim üçün təhdid mənbəyi olduğunu unutmamalıyıq. Çünki onların asimus-aqressimus deyilən siaysəti var. Təcavüzü əvvəldən planlaşdıran siyasətdir. Onlar Azərbaycan və digər türk dövlətlərinin hesabına böyük Ermənistan yaratmağa cəhd edirlər. Nə qədər ki, onlar öz aqressiv plan və istəklərindən əl çəkməyiblər, biz müharibəyə hazır olmalıyıq. Biz sadəcə düşməndən deyil, onun arxasında duran qüvvələrdən də güclü olmalıyıq ki, öz təhlükəsizliyimizi təmin edə bilək.
Bu baxımdan hörmətli Baş nazirimizin verdiyi bəyanatı doğru hesab edir və alqışlayıram”.

Seymur ƏLİYEV/moderator.az
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |