28.11.2012 [10:56] - Xəbərlər, Hüquq
Noyabrın 27-də BMT-nin Cenevrədəki qərargahında, Millətlər Sarayında İnsan Hüquqları Şurasının azlıq məsələləri üzrə forumunun 5-ci sessiyası başlayıb. Sessiya BMT-nin 1992-ci ilin dekabrında qəbul etdiyi “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında bəyannamə”nin 20 illiyinə həsr edilib.
Sessiyada çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etnik və dini azlıqların müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti barədə danışıb. O, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında prezident fərmanının imzalandığını bildirib. Şöbə müdiri Azərbaycan Konstitusiyasında azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunduğunu vurğulayıb və bildirib ki, prezident fərmanı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı hökumətin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanda milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar: “Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılıb, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur”.
Əli Həsənov əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir: “Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda kilsələr, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır”.

Bu xəbər oxucular tərəfindən 1328 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |