Şrift:
Təbrizli deputatdan XƏBƏRDARLIQ: “İranın sonu SSRİ kimi olacaq”
18.03.2021 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, yaranmış duruma görə siyasi qrup və cərəyanlara xəbərdarlıq edib.

Millət vəkili qarşıdan gələn şəhər şuraları və prezident seçkilərindən də bəhs edib.
“Seçkilərdə xalqın maksimum dəstəyini qazanmasaq sonumuz SSRİ-nin aqibəti kimi olacaq və İran da dağılacaq. SSRİ də güclü ordu və silahlara malik idi, lakin dağıldı. Biz də xalqın dəstəyi olmadan çox davam gətirə bilmərik”.



Ölkədə hökm sürən siyasi böhrandan danışan deputat bildirib ki, İranın daha çətin vəziyyətə düşməsi və parçalanmaması üçün hazırkı Həsən Ruhani hökuməti müəyyən addımlar atır.

Pezeşkiyan hesab edir ki, hazırkı hökumətin ən böyük uğuru odur ki, ölkənin parçalanmasına yol verməməyə çalışır.

Qeyd edək ki, Məsud Pezeşkiyan hakimiyyətin islahatçı adlanan qanadına mənsub ən nüfuzlu şəxslərdəndir. Siyasi kuluarlarda o, prezident seçkilərində islahatçıların əsas namizədlərindən biri sayılır.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed