Şrift:
Əhərdə yenidən qapanma: İki kəndə karantin sərtləşdirildi
18.03.2021 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhər Səhiyyə Şəbəkəsinin müdiri şəhərin Ravascan kəndinin koronavirus epidemiyasının yayılması ilə əlaqədar karantinə alındığını elan edib. O, deyib ki, kənd sakinləri arasında 10 nəfərdə koronavirusun Britaniya ştammının aşkarlanıb. Karantin də buna görə sərtləşdirilib.


Məhəmməd Mirzapur “İRNA” xəbər agentliyinə verdiyi açıqlamada kənddə bir ailənin bütün üzvlərinin mutasiyaya uğramış yeni növ koronavirusa yoluxduğunu, bu səbəbdən kənddə bütün ümumi iaşə obyektlərinin bağlandığını bildirib.


Məlumata görə, Mirzapur kənd sakinlərinin müayinəsinə başlanılıb. Kəndə bütün giriş-çıxışlar bağlanılıb.


Qeyd edək ki, Şərqi Azərbaycan koronavirusun Britaniya ştammının yayılma səviyyəsinə görə, Novruz tətili ilə əlaqədar səfərlərinin məhdudlaşdırıldığı əyalətlər siyahısına salınıb.


İki gün öncə əyalətin Koronavirusa Qarşı Mübarizə və İdarəetmə Qərargahı yayınladığı bəyanatda vətəndaşları bayram tətilləri zamanı bu əyalətə səfər etməməyə çağırıb.


Son məlumatlara əsasən Şərqi Azərbaycan əyalətində 131 nəfərdə koronavirusun Britaniya ştammı aşkar edilib. Ravascan kəndində qeydə alınan son 10 yoluxma ilə bu say 141 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed