19.03.2021 [11:24] - Gündəm, Mədəniyyət
Berlin İslam Əsərləri Muzeyinin yeni layihəsi olan “Tandem-sofa” onlayn görüşünün ilk qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olub.
Dünyanın müxtəlif ölkələrindən, xüsusilə Almaniyadan olan şərq xalçaları üzrə 70-ə yaxın mütəxəssisin, muzey işçilərinin qatıldığı Berlin-Bakı görüşünün moderatoru Piter Hayn öncə qonaqları təqdim edib.
İlk olaraq Berlin İslam Əsərləri Muzeyinin direktoru Stefan Veber belə bir görüşün keçirilməsinin əhəmiyyətindən danışıb.
Şirin Məlikova çıxış edərək XVII əsrə aid Şirvan qrupunun “Şamaxı” xalçası haqqında görüş iştirakçılarına məlumat verib. O, bu nadir saray xalçası nümunəsinin tarixi, üzərindəki naxışların semantikası barədə maraqlı faktları diqqətə çatdırıb.
Görüş zamanı çıxış edən Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Beselinin isə əməkdaşı olduğu muzeydə qorunub-saxlanılan “Şamaxı” xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. O, hər iki muzeyin kolleksiyasında qorunan sənət nümunələrinin müqayisəli təhlilini aparıb.
Qeyd edək ki, İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku, tanınmış xalça eksperti Alberto Boralevi, Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff və başqalarının qatıldığı Berlin-Bakı görüşü sual-cavabla davam etdirilib. İştirakçıların böyük maraq göstərdiyi görüşdə Şirin xanım Azərbaycan xalçaları ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |