Şrift:
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərlə söhbətlər aprelin 5-dən etibarən keçiriləcək
19.03.2021 [11:26] - Gündəm, Bildiriş
Ədliyyə Nazirliyinin qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, nazirliyin bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün elan edilmiş müsabiqə üzrə fevralın 13-də keçirilmiş növbəti test imtahanından müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2021-ci ilin aprelin 5-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.

Müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

Əlavə məlumatları (012) 538-01-62 və 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed