Şrift:
İsmayıllıda yaz ağac əkini davam edir
19.03.2021 [11:28] - Xəbərlər, İqtisadiyyat
İsmayıllıda yaz ağac əkini davam edir və ötən gün ümumi sahəsi 1 hektar olan ərazidə 1600-dən çox müxtəlif növ ağac tingi əkilib, palıd toxumu səpilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ağacəkmədə iştirak edib.

Ağac əkilən ərazi rayonun meşə fondu torpaqlarının açıq və seyrək sahələrini əhatə edib. Bu dəfə əkin yenidən qurulan Şamaxı–İsmayıllı–Qəbələ avtomobil yolunun kənarında – Qurbanəfəndi kəndinin ərazisində həyata keçirilib. Novruz bayramı ərəfəsində keçirilən ağacəkmə kampaniyasında karantin qaydaları gözlənilməklə 100 nəfərdən çox insan iştirak edib. İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin, rayon icra hakimiyyətinin, suvarma sistemləri idarəsinin işçiləri əkində yüksək fəallıq göstəriblər.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed