28.11.2012 [12:51] - Müsahibə
Mehman Həsən: ““Məktəblilərin inkişafına dəstək” layihəsinin ilk mərhələsi təqdimat xarakteri daşıyır”
Arayış: Mehman Həsən Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. Tələbəlik illərində 2005-ci ildə aparıcı gənclər tərəfindən qurulmuş “Yeni Nəfəs” Gənclər Hərəkatının sədr müavini və sədri olub. Gənclərin maarifləndirilməsi, onlarda milli və vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin təbliğində bir sıra layihələrə rəhbərlik edib. 2008-ci ildə təsis olunmuş “Yeni Nəfəs+” qəzetinin direktoru, sonra baş redaktoru vəzifəsinə seçilib. “Yeni Nəfəs” jurnalının və yeninefes.net saytının baş redaktorudur. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-cu ildə bır sıra aparıcı gənclər təşkilatlarının sədrləri birgə “Bütöv Azərbaycan” məktəbinin təsis edib. Tələbəlik müddətində dövrü mətbuatda, elmi toplularda məqalə və esseləri çap olunub. 2009-cu ildən Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının idarə heyətinin üzvü seçilib. 2011-ci ildə magistratura pilləsinə imtahan verərək Bakı Dövlət universitetinin Türk Xalqları Ədəbiyyatı kafedrasına qəbul olub.
Vətəndaş cəmiyyətinin formalaşması sahəsində əsas ağırlıqlardan biri Qeyri-Hökumət Təşkilatlarının üzərinə düşür. “Yeni Nəfəs” İctimai Birliyinin sədri Mehman Həsən müsahibəsində bildirdi ki, QHT-lərin əsas vəzifəsi vətəndaş cəmiyyətinin inkişafında yaxından iştirak etmək və öz fəaliyyətləri ilə cəmiyyətin quruculuğuna töhfəsini verməkdir. “Hər bir QHT-nin əsas vəzifəsi çalışdığı sahədən asılı olmayaraq cəmiyyətin inkişafına töhfə verməkdir. Dünyanın bir çox aparıcı ölkələrində olduğu kimi Azərbaycanda da geniş QHT şəbəkəsi mövcuddur”. Onun sözlərinə görə, “Yeni Nəfəs” də həyata keçirdiyi və keçirəcəyi layihələrdə əsas məqsəd cəmiyyətin, xüsüsən də, gənclərin intellektual inkişafına yardım etməkdən ibarətdir.
-“Yeni Nəfəs” 2005-ci ildə 15-dən artıq ali məktəbin tələbələrinin təşəbbüsü ilə tələbə birliyi kimi yaradılıb. Təşkilatın ilk sədri Seymur Həsənli olub. Birliyin fəaliyyətində prioritet istiqamət olaraq hər zaman gənclərin ictimai həyatda aktivliyinin artırılması, gənclərdə vətənpərvərlik hislərinin gücləndirilməsi olub. Təşkilat fəaliyyətində bir müddət durğunluq dövrünü yaşamış və hazırda yenidən formalaşmış idarə heyəti fəaliyyətini bərpa edib. Təşkilatın ölkə üzrə 200-dən artıq üzvü var. Təşkilatın idarə heyətinə mən Hüseyn Günəşli, Barış Cavid, Aytən Heydərli, Seymur Bağırlı daxildir.
-Qeyd etdiyiniz istiqamətlərdə layihələrə imza atmısınız?
-Milli maarifləndirməni təmin etmək üçün çap olunan və yayılan on minlərlə vərəqələr, büroşürlər, çap olunan kitablar, təşkil olunan saysız tədbirlər, görüşlər birliyin fəaliyyət silsiləsinə aiddir. “Yeni Nəfəs”in Nuru Paşanın övladları ilə görüşü olub, müxtəlif illərdə “Türküstan” ocağında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Əmək və Sosial Münasibətlər Akademiyasında isə Azərbaycanın müstəqilliyinin bərpası günü ilə və Xocalıda törədilən soyqırımla bağlı tədbirimiz olub. Təşkilatın həyata keçirdiyi uğurlu layihələrdən biri “Bütöv Azərbaycan” məktəbi adlanır. Məktəbin fəaliyyəti proqram əsasında keçirilən dərslərdən ibarətdir. Dərslərin məzmununda vətənpərvərlik, milli düşüncənin təbliği durur. Ayrı-ayrı tarixi mövzularda dəvət olunmuş qonaqlar tərəfindən tarixi keçmişimiz, mədəniyyətimiz, ədəbiyyatımıza aid mühazirələr keçirilir. Daha sonra mövzu ətrafında diskussiya təşkil olunur. Proqramın sonunda yazılı şəkildə tələbələr imtahan edilir. İmtahanı uğurla keçən məzunlar sertifikat alır. Məktəbə tələbələr əvvəlcədən yazılış əsasında qəbul olunur. Dərslərdə dəvamiyyətə əməl etməyənlər məktəbdən kənarlaşdırılırlar. Məktəbin proqram əsasında ilk kursu başa çatıb və uğurla iştirak edən məzunlar sertifikatlarını alıb. Tezliklə məktəb öz işini növbəti kurs dərsləri ilə davam etdirəcək.
- Birliyinizin nəşrləri də var..
- 2008-ci ildə idarə heyəti üzvləri tərəfindən “Yeni Nəfəs+” qəzeti təsis olundu. 3 il müddətində ayda bir dəfə olmaqla qəzetin otuzdan artıq sayı nəşr olundu. “Yeni nəfəs+” qəzetində təşkilatın fəaliyyəti, milli və vətənpərvər düşüncənin təbliğinə yönəlik yazılar üstünlük təşkil edib. Qəzet qısa bir zamanda, xüsusən də, universitet tələbələri arasında maraqla qarşılandı və özünə geniş oxucu kütləsi qazandı. Amma müstəqil qəzet çıxarmaq, daha açıq danışsaq kimdənsə maliyyələşmədən qəzet çıxarmaq mümkünsüz. Bütün parametrlər - qəzetin tirajı, keyfiyyəti, çap qiymətləri, bir sözlə iqtisadi dayaq buna imkan vermir. Qəzet abunəçilərimizin və qəzeti əldə edib oxuyan hər bir dəyərli insanın maddi dəstəyi ilə nəşr olunurdu. Amma həmin dəstək çəkilən bütün xərcləri əhatə edə bilmədiyindən biz qəzetin fəaliyyətini dayandırmalı olduq. Daha sonra eyni bazanın əsasında “Yeni Nəfəs” jurnalı təsis olundu. Jurnalımız heç bir yerdən maliyyələşmədən yalnız müəyyən ziyalılar və gənclər arasında yayım hesabına ildə 4 dəfə olmaqla rüblük dərc olunur. Məhz bu səbəb bizi digərlərindən fərqləndirir. Jurnalı nəşrə hazırlayarkən tək düşündüyümüz Azərbaycan gəncliyinin istək və maraqlarıdır. Hər bir oxucunun verdiyi təkliflər, görmək istədiyi yenilikləri dəyərləndirərək onların istək və tələblərini yerinə yetirməyə çalışırıq.
- Bildiyimiz qədər rəhbəri olduğunuz birlik “Məktəblilərin inkişafına dəstək” layihəsinə start verib. Layihənin hədəfləri nələrdir?
- Bəli, doğru qeyd etdiniz, həyata keçirdiyimiz layihələrdən biri “Məktəblilərin inkişafına dəstək” layihəsidir. Layihədə xüsusilə də region məktəblərinin şagirdlərinə üstünlük verilir. Layihənin əsas məqsədi müasir təhsil imkanlarının mövcud olmadığı ucqar rayon kəndlərində yaşayan məktəblilərin təhsilə olan marağını artırmaq, onları yeni təhsil imkanları ilə tanış etmək, gələcək təhsillərində bir növ körpü olmaqdır. Layihə bir neçə mərhələdə həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, layihənin ilkin mərhələsi tanıtım xarakteri daşıyır. Yəni, bu mərhələ tanıtım məktub vasitəsilə həyata keçirilir. Belə ki, əvvəlcədən rayon və məktəblər, həmçinin həmin məktəblərin layihədə iştirak etmək istəyən şagirdləri seçilir. Ali məktəblərdə təhsil alan tələbələrlə həmin şagirdlər məktublaşma yolu ilə tanış olurlar. Məktublarda ali təhsilin məzmunu, biliyin məktəblinin gələcək inkişafında rolu öz əksini tapır.
- İlkin olaraq hansı rayondan başlamısınız?
- İlkin mərhələdə doqquz rayonla məktublaşma başlanıb. Əksər təşkilatlar şəhər çərçivəsində fəaliyyət göstərirlər. Biz ucqar kəndlərdə məktəblilərlə məktublaşma ilə başladığımız layihə ilə həmin məktəbliləri universitetlərə gətirib auditoriyalarda iştirakını təmin edəcəyik. Artıq Gədəbəy məktəbliləri ilə layihə öz işinə başlayıb. Düşünürəm ki, bu layihənin gerçəkləşməsində həm rayon rəhbərliyi, həm təhsil ocaqları, ümumiyyətlə bütün cəmiyyət maraqlı olacaq.
- Gənclər arasında milli düşüncənin təbliği istiqamətində çalışan bir birlik rəhbəri kimi sizcə, bu sahədə daha hansı işlər görülməlidir?
- Tarixin min illər boyu davam edən uzun dövründə biz türklər çox mühüm rol oynadıq. Tarixi biz yaratdıq və biz qurduq. Türk indiyə qədər on dörd imperiya qurub ki, bu nəticəni təkrarlamaq türkdən başqa heç bir millətə nəsib olmayıb. Bu cür əzəmətə sahib olan millətə qarşı daim onun düşmənləri tərəfindən onu zəiflətməyə, fürsət düşdükcə onun torpaqlarını işğal etməyə və parçalamağa daim təşəbbüs göstərilib və bu gündə dünyanın türkə qarşı olan siyasəti dəyişməyib. Çünki biz birləşəndə daha böyük və daha əzəmətli oluruq ki, o da bu gün dünya güclərinin ən çox qorxduğu məsələdir. Bəli, biz bu gün müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Cəmiyyətimizdə ayrı-ayrı məsələlərlə bağlı xüsusilə ümummilli məsələlərlə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar Azərbaycanın geostrateji mövqeyini, onun yeraltı və yerüstü sərvətlərini, xüsusilə neftini vurğulayaraq güclü oduğumuzu bildirir. Müəyyən bir qisim isə biz həmişə belə olmuşuq, biz heç vaxt düzəlmərik və s. kimi fikirləri mən demək olar ki, hər gün eşitməkdəyəm. Bu cür fikirlərin orta, xüsusilə də yaşlı nəslin nümayəndələri tərəfindən eşidilməsini normal hesab etmək olar. Çünki millətimizə tamamilə yad olan və onun əleyhinə yönəlmiş bir ideologiyanın təsiri altında böyüyüblər. Sonra müstəqillik qazanmağımıza baxmayaraq çürük sovet ideologiyasının təsirləri hələ də beyinlərdə qalır. Amma biz gəncliyə bu təsirlər sirayət etməməlidir.
Müstəqil məmləkətimizin övladları olaraq hər birimiz ölkəmizin sabahını düşünməli, onun daha da qüvvətlənməsi üçün daim mücadilə aparmalıyıq. Hər şeydən qabaq biz özümüzü yaxşı tanımalı və tarixdə buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Biz ilk əvvəl tarixi və milli özünüdərki gücləndirməliyik. İşğal olunmuş torpaqlarımızla bağlı cəmiyyətdə yekdil fikri formalaşdırmalı və Bütöv Azərbaycan ideyasını yaymalıyıq. Milli ideologiyamızı və onun yaradıcılarını düzgün təbliğ etməli və onu insanlara çatdırmalıyıq. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bizi bir daha dünyanın ən öndə gedən millətlərindən biri olduğumuzu isbat etdi. Biz bu tarixi zəfərimizi heç vaxt unutmamalı və millətin istiqlalı yolunda canlarını fəda edən mücahidlərimizi dərindən öyrənməliyik. Bu gün onların keçdiyi həyat yolu hər bir türk üçün örnəkdir.
Növbəti məsələ tarixşünaslığımızla bağlıdır. Biz tarixşünaslığımıza ciddi şəkildə diqqət yetirməliyik.Bizim tarix dərsliklərində kifayət qədər ziddiyyətli məqamlar, yanlışlıqlar mövcuddur.Tarixin bir fənn kimi məktəblərdə tədris metodikasında səhvlər var. Belə bir problemlə böyüyən gənclikdə axsaqlığın olması şübhə doğurmamalıdır. Bu problemlərin nəticəsində ictimai şüurumuz zəif inkişaf edir. Bu da gedən milli ictimai proseslərin dərk olunmasını və ictimai fəallığımızın zəifliyini labüd edir, tarixi dəyişkənliyə təsiretmə qüvvəmizi zəiflədir.
Bu dünya qorxaq və zavallılaşmış millətlərin deyil. Bu gün dünyanın nizamı budur ki, yalnız güclülər qalib gəlir. Silkələnib özümüzə gəlməli, tariximizdən ibrət götürməli və özümüzü dərk etməliyik. Biz özümüzə gələndə çox böyük oluruq. “Yeni Nəfəs” yarandığı gündən etibarən təşkilat gənclər arasında milli və dövlətçi düşüncənin təbliğində bir sıra layihələri həyata keçirib və gələcəkdə də keçirəcək.
Nərmin MURADOVA"Paritet" qəzeti

Bu xəbər oxucular tərəfindən 1634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |