Şrift:
Azərbaycan və Rusiya sahibkarları məhsulların ixracına dair müzakirələr aparıblar
19.03.2021 [11:35] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya sahibkarlarının işgüzar görüşü keçirilib.

AZPROMO-dan bildirilib ki, onlayn keçirilən görüşdə məhsulların ixracına dair müzakirələr aparılıb, şirkətlərin təqdimatları dinlənilib.

Tədbirdə martın 30-dan aprelin 2-dək Moskvada keçiriləcək “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində Azərbaycan məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacağı bildirilib, sərgi çərçivəsində potensial müştərilərlə görüşlərin keçiriləcəyi barədə məlumat verilib.

İşgüzar görüşdə bu formatda tədbirlərin tərəfdaşlığın gücləndirilməsində önəmi vurğulanıb və onlayn müzakirələrin davam etdiriləcəyi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed