Şrift:
FHN Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
19.03.2021 [11:44] - Gündəm, Sosial
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmrə imzalayıb.

Əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed