19.03.2021 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə vilayətinin qubernatoru Məhəmməd Mehdi Şəhriyari açıqlama verib. O, deyib ki, son bir ildə bölgədə narkotik maddələrin aşkar edilməsi halları ötən ilə nisbətən çoxalıb.
Məhəmməd Mehdi Şəhriyari bildirib ki, son bir il ərzində əyalətdə 10 ton 226 kiloqaram müxtəlif narkotik maddələr aşkarlanaraq götürülüb.
Qərbi Azərbaycan əyalətinin polis rəisi Məsud Xorrəmniya il ərzində narkotik maddələrin alveri ilə məşğul olan 13 cinayətkar dəstənin zərərsizləşdirildiyini, onlara məxsus 816 ədəd müxtəlif avtomobil və motosikletin müsadirə edildiyini bildirib.
O, narkotiklə əlaqəli 14 min 250 nəfərin hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq məhkəməyə verildiyini, onlardan 9 min 708 nəfər barələrində cinayət işinin açıldığını söyləyib.
Məlumata görə, çox miqdarda tutulan narkotik maddələr əsasən İran İslam İnqilab Keşikçiləri Korpusu (“Sepah”)” və İran Təhlükəsizlik orqanlarının nəzarətindən kənarda fəaliyyət göstərən narkotacirlərə məxsusdur.
Xatırladaq ki, ötən ilin dekabr ayının 13-də Türkiyədə İrana casusluqda ittiham olunan 11 nəfər saxlanılıb. Onlar insan oğurluğu, qətl və geniş səviyyədə narkotik maddələrin alverində günahlandırılır.
Aparılan araşdırmalarda cinayətkar qrupa başçılıq edən şəxsin Türkiyədə yaşayan iranlı kürd Naci Şərifi Zindəşti olduğu müəyyən edilib. Onun “Ettelaat” əməkdaşı olduğu, İran təhlükəsizlik orqanlarının tapışırıqlarını yerinə yetirildiyi bəlli olub.

Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |