30.03.2021 [10:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Biz asfalt salan şəxsləri yox, Senat, Knessetlə yarışa bilənləri millət vəkili seçməliyik”
Son zamanlar jurnalistlərin daha çox əziyyət çəkdiyi məsələ sayı 100-dən artıq olan millət vəkillərindən kimisə tapıb danışdırmaqdır. Gündəmdə yalnız barmaqla sayılacaq qədər millət vəkillərini görürük. Sanki mediaya cavab vermək, proseslərə münasibət bildirmək məhz həmin azsaylı deputatların adına yazılıb.
Deputatların mediadan yayınmasının bir çox səbəbləri var. Böyük əksəriyyəti danışmağı bacarmır. Bilir ki, danışan kimi hansısa səhvi burxacaq. Elələri də var ki, sadəcə gündəmə gəlmək istəmir və onun üçün döşündəki deputat nişanı və toxunulmazlığı tam kifayət edir. Bir qrup deputat da var ki, danışmağı bacarır, ancaq ölkənin daxilində cərəyan edən siyasi proseslərlə bağlı mediaya heç bir açıqlama vermək istəmir. Bunu da onunla izah edirlər ki, beynəlxalq məsələlərlə bağlı işləri “başlarından aşır”. Araşdırdıqda isə məlum olur ki, belələri heç təmsil olunduqları beynəlxalq platformalarda da məhsuldarlıq ortaya qoymur. Ən maraqlısı isə budur ki, deyilən kateqoriyanın içərisində olan YAP təmsilçisi millət vəkilləri siyasi opponentləri sayılan radikal müxalifətin ən sərt tənqidlərinə belə, bir dəfə də olsun münasibət bildirməyib. Belələrinə deyirlər ki, özünə ayaq yeri saxlayır, ağrımaz başına “dəsmal bağlamaq” istəmir. Ancaq buna baxmayaraq, həm beynəlxalq qurumlarda fəallığı ilə seçilən, həm də daxili proseslərə mütəmadi münasibət bildirən Səməd Seyidov kimi millət vəkilləri də az deyil.
Uzun müddət millət vəkili kimi beynəlxalq platformalarda ölkəmizi təmsil edən, daxili siyasi həyatda da aktivliyi ilə seçilən sabiq millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bu mövzunu belə izah etdi:
“Mən sizin bu narahatlığınızı tam bölüşürəm və çox təşəkkür edirəm ki, belə aktual məsələni gündəmə gətiribsiniz. Təbii ki, bütün deputatlara eyni aspektdən yanaşmaq olmaz. Bu gün Milli Məclisin rəhbərliyi çox peşəkarlardan ibarətdir və işini gözəl qurub. Məhsuldar fəaliyyət göstərən millət vəkillərimiz var. Tam razıyam ki, elə deputatlar da var, nəinki xarici dairələrlə yaxşı işləyə bilmir, hətta öz seçicilərinə qarşı diqqətsizdirlər. Bir dəfə də olsun seçiciləri ilə görüşməyən deputalarımız var. Ümumiyyətlə, nə Milli Məclisdə, nə də mediada bir dəfə də olsun danışmayan millət vəkillərimiz var. Biz asfalt salan şəxsləri yox, Senat, Knessetlə yarışa bilənləri millət vəkili seçməliyik. Müxtəlif ölkələrin deputatları ölkəmiz barədə hədyan danışanda onlara lazımi cavab verən deputatlarımız azdır. Çalışmalıdırlar ki, əleyhimizə olanları dostumuza çevirsinlər. Hətta bəzi deputatlar var, deyir ki, ümumiyyətlə siyasətlə məşğul olmur...”
Fərəc Quliyevin sözlərinə görə, vəziyyətdən bir çıxış yolu da ölkədə proporsional seçki sistemini bərpa etməkdir: “Belə olacağı təqdirdə, parlamentə peşəkar siyasətçilər gələcək. Eyni zamanda partiyaların gücü bəlli olacaq. Yaxşı parlamentli ölkə basılmaz. Biz ölkəmizin taleyində görmüşük ki, ən ağır zərbələri parlamentimizin zəif vaxtlarında almışıq”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |