Şrift:
Prezident Bayden: Aprelin ikinci yarısına qədər yaşlı sakinlərin 90 faizi COVID-19-a qarşı vaksin ala biləcək
30.03.2021 [11:12] - Xəbərlər, Sağlıq
ABŞ Prezidenti Co Bayden bildirib ki, qarşıdakı üç həftə ərzində Amerikanın yaşlı sakinlərinin 90 faizi COVID-19-a qarşı vaksinlənmə hüququ əldə edəcək. Prezident eyni zamanda, ştatların və dairələrin administrasiyalarına müraciət edərək maska taxmağım məcburi olması qaydasını bərpa etməyə və ya bu qaydanı qüvvədə saxlamağa çağırıb.

Baydenin sözlərinə görə, indiki şəraitdə koronavirusa qarşı mübarizəni zəiflətmək yolverilməzdir və maskalardan istifadə edilməsi yoluxanların sayının artmasını dayandırmağa imkan yarada bilər.

Prezident Bayden keçən həftə belə bu vəzifədə olduğu ilk yüz gün ərzində 200 milyon peyvəndləmə aparılmasını bir hədəf kimi bəyan edib. Martın 29-da Ağ evdə brifinq zamanı Prezident ötən həftənin son günlərində 10 milyon peyvəndləmə aparıldığını bildirib. O deyib: “Üç gün ərzində 10 milyon peyvəndləmə aparılıb. Yanvar ayında bunu təsəvvürə də gətirə bilməzdik”.

31 ştatın administrasiyaları aprelin 19-na qədər bütün yaşlı sakinlərə vaksinlənmə proqramında iştirak etmək hüququ veriləcəyini elan edib. Bayden bildirib ki, həmin tarixə qədər ABŞ-ın yaşlı əhalisinin 90 faizi yaşadığı rayonların ərazisində vaksinlənmə hüququ əldə edəcək.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed