31.03.2021 [11:03] - Gündəm, Sosial
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi-işlər üzrə direktor müavini, kimya elmləri doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bayram Rzayevin anadan olmasının 80 illik yubileyi qeyd olunub.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qocaman alimin yüksək insani keyfiyyətlərindən və işgüzar elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, Bayram Rzayev ömrünü elmə, elmi tədqiqatlara həsr edib, səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla, 400-dən artıq elmi əsərdə öz əksini tapıb. Alim analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri pratikaya uğurla tətbiq edib, nəticədə 20 müəlliflik şəhadətnaməsi və patent alıb. Bayram Rzayevin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə qazandırdığı töhfələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir.
Akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və anadan olmasının 80 illiyi münasibətilə Bayram Rzayevə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev yığıncaqda “Kimya elmləri doktoru Bayram Rzayevin həyatı və elmi fəaliyyəti” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Bayram Zülfüqar oğlu Rzayev 1941-ci il martın 21-də zəhmətkeş bir ailədə dünyaya göz açıb. Muxtar respublikada mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriyanın yaradılması məhz Bayram Rzayevin adı ilə bağlıdır. Onun apardığı tədqiqatlarda Naxçıvan Muxtar Respublikasının mineral sərvətlərinin elmi və praktiki əsaslarının işlənməsi mühüm yer tutur. Darıdağ termal suyundan arsen (III) sulfidin çökdürülərək ayrılması və ondan arsenin alınması prosesi məhz Bayram Rzayevin rəhbərliyi altında işlənib, eyni zamanda, mənbədən ayrılan karbon qazının təmizlik dərəcəsi müəyyənləşdirilib. 1986–cı ildə Darıdağ arsen filizindən natrium tioarsenit və arsenit qarışığından ibarət ikiqat arsen zəhəri peraparatı alınıb və heyvandarlıqda sınaqdan keçirildikdən sonra onun güclü təsirə malik olduğu müəyyənləşdirilib. Təcrübəli alim yeni reaksiya üzrə müxtəlif sulfidlərin ağır metal duzları ilə əmələ gətirdiyi üçlü birləşmələrin su mühitində və otaq temperaturunda alınması mümkünlüyünü müəyyənləşdirib və aparılan işlər üzrə patentlər alıb.
Diqqətə çatdırılıb ki, 2003-cü ildən etibarən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirən alimin iştirakı ilə hazırda Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında Naxçıvan Muxtar Respublikasının mineral sərvətləri, o cümlədən Parağaçay molibdenit filizi, Gümüşlü qurğuşun filizi işlənib, bu sahədə tədqiqatlar bu gün də davam etdirilməkdədir. Bayram Rzayev tərəfindən Naxçıvan daş duzundan tibbi NaCl və mərmərdən tibb sahəsində istifadə edilən CaCl2-in alınma texnologiyası işlənib və yeni metod kimi patentləşdirilib.
Bildirilib ki, novator alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bayram Rzayevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunmuş “Qısa Kimya Ensiklopediyası”, iki cildlik “Kimya tarixi”, “Arsen və Darıdağ termal suyu”, “Möcüzələr aləmi”, “Dəri texnologiyası”, “Molibden”, “İndium”, həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri”, eləcə də tanınmış alim və mütəfəkkirlərə həsr olunmuş əsərləri sanballı elmi nəşrlərdəndir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova çıxış edərək Bayram Rzayevi təbrik edib, ona xoş diləklərini çatdırıblar.
Bayram Rzayev elmi fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib.

Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |