31.03.2021 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Böyük Tehran” (Fəşafuyə) həbsxanasında saxlanılan milli-mədəni fəal, siyasi məhbus Əlirza Fərşinin kamera yoldaşları ailələri ilə telefon əlaqəsi zamanı, onun heç bir bildiriş və xəbərdarlıq almadan qandallanaraq Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsinə aparıldığı barədə məlumat veriblər.
Bu gün martın 31-i saat 10:00-da keçirilən məhkəmə iclasında öncədən bildirilmədiyi üçün siyasi məhbusun vəkili iştirak edə bilməyib.
Bundan öncə, fevral ayının 15-də Əlirza Fərşi yayınladığı açıq məktubda, öncədən bildirilmədən Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində mühakimə olunduğunu və yalnız mühakimədən qabaqkı gecə bu barədə xəbərdarlıq aldığını demişdi.
"Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə həbs olunan milli-mədəni fəalla qarşı son məhkəmə iclaslarının keçirilmə tərzi, təhlükəsizlik qurumlarının ona qarşı təzyiqlərinin çoxalması, məhkumluğunun ağırlaşdırılmasına hazırlıqdan xəbər verir.
Bir müddət öncə Əlirza Fərşi özünə qarşı qurama və tapışırıq əsasında keçirilən məhkəmə iclaslarının şahidi olduğunu, məhkəmə sistemi məsullarının qanunsuzluqlara laqeyd yanaşmamalarını istəmişdi.
Qeyd edək ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.
Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |