01.04.2021 [11:31] - Gündəm, Sosial
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin tədbirlərin davamı olaraq Ordubad rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən sakinlərlə görüş təşkil olunub.
Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonra müvafiq təşkilatların əməkdaşları Ordubad rayonu ərazisində proqram çərçivəsində qurulmuş bəzi təsərrüfatlara baş çəkib, sakinlərə zəruri tövsiyələr veriblər.

Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |