29.11.2012 [10:43] - Gündəm, Mədəniyyət
Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda Məhsəti Gəncəvi ilə bağlı ciddi tədqiqatlar aparılıb.
Ancaq bu tədqiqatların daha da genişləndirilməsi və bu barədə ictimaiyyətə məlumatların ötürülməsi lazımdır.
"Biz gərək işlər görək ki, onlar Məhsəti Gəncəvinin bizim klassik şairimiz və ədəbiyyatımızın nümayəndəsi olduğunu görsünlər. İstəyirik ki, bizim klassikimizi əlimizdən almasınlar", - Kərimov deyib.
Direktor əvəzi bildirib ki, Azərbaycanda hələ SSRİ, Stalinin hakimiyyəti dövründə Mikayıl Rəfili ədəbiyyatımızın intibah dövrünü tədqiq edərkən Məhsəti Gəncəvi ilə bağlı ayrıca araşdırma aparıb. Sonrakı illərdə Rəfayel Hüseynov da tədqiqat işləri aparıb, professor Xəlil Yusifli Məhsəti Gəncəvi haqqında monoqrafiya yazıb, şairənin şeirlərini tərcümə edib.
Kərimov deyib ki, Məhsəti barədə tədqiqatlar daha da genişləndiriləcək. Hazırda Əlyazmalar İnstitutunda saxlanılan, fars dilində olan "Məhsəti və Əmir Əhməd" dastanının, alman alimi Frits Meyerin 1963-ci ildə çapdan çıxan "Gözəl Nizami" kitabının Azərbaycan dilinə tərcümə edilərək çap edilməsi qərara alınıb.

Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |